Skip to content
All events
GAMEPONSJAM VOL. 5
Game JamActive

GAMEPONSJAM VOL. 5

Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi
Azerbaijan
Hosted by IGDA Azerbaijan

About

🎮 "GAMEPONSJAM VOL. 5" GERİ QAYIDIR! QEYDİYYAT BAŞLADI! “Gamepons” olaraq illərdir oyun tərtibatçılarını və oyun yaratmağa marağı olan insanları bir araya gətirən müxtəlif “Game Jam”lər təşkil edirik. Bu günə qədər 15-dən çox “Game Jam” həyata keçirmişik və hər biri yeni ideyaların, komandaların və oyunların yaranması üçün fərqli bir mühit yaradıb. İndi isə növbə “Gameponsjam” seriyasının 5-ci buraxılışındadır! Noyabr ayında 48 saat ərzində oyun yaratmaq, yeni insanlarla tanış olmaq, komanda qurmaq və ideyanı real oyuna çevirmək üçün yenidən bir araya gəlirik. Bəs “Game Jam” nədir? 🎮 “Game Jam” iştirakçıların məhdud vaxt ərzində müəyyən mövzu ətrafında oyun hazırladığı hakatondur. İştirakçılar 2–6 nəfərlik komandalarla bir araya gələrək ideya üzərində işləyir, oyun dizaynı, proqramlaşdırma, 2D və 3D art, səs və digər bacarıqları bir araya gətirərək 48 saat ərzində öz oyunlarını hazırlayırlar. Burada əsas məqsəd təkcə oyun yaratmaq deyil, eyni zamanda komanda ilə işləmək, yeni bacarıqlar sınamaq və qısa müddətdə bir ideyanı işlək məhsula çevirməkdir. 🤝 “Gameponsjam Vol. 5” “Gamepons” və “IGDA Azerbaijan”ın birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Yaradıcı Mərkəz” və SUP VC-nin dəstəyi ilə keçiriləcək. Bu dəfə “Gameponsjam”, hakaton, “Game Jam” və "Demo Day"lərin keçirilməsi üçün yaradılmış yerli “HackathonHost” platformasında baş tutacaq. 📅 Tədbir noyabr ayında “Yaradıcı Mərkəz”də keçiriləcək. Dəqiq tarix növbəti postda elan olunacaq. İştirak ödənişsizdir, komandalar 2–6 nəfərdən ibarət olacaq və yerlər məhduddur. 🔥 Komandanı topla, 48 saata öz oyununu yarat və “Gameponsjam” Vol. 5-in bir hissəsi ol! #Gameponsjam #Gamepons #IGDAAzerbaijan #GameJam #GameDevelopment #Azerbaijan